عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

Spoils of war, booty [Al-Anfal] - Azerbaijani translation - Alikhan Musayev

Surah Spoils of war, booty [Al-Anfal] Ayah 75 Location Madanah Number 8

Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda (Bədrə getmək üçün) evindən çıxartdı. Halbuki (bu), möminlərdən bir dəstənin xoşuna gəlmirdi.

Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri görə-görə ölümə sürüklənirdilər.

O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olacağını vəd etmişdi. Siz silahsız dəstənin sizin olmasını istəyirdiniz. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.

Bu, günahkarların xoşuna gəlməsə də, Allahın haqqı ortaya çıxartması və batili yox etməsi üçün idi.

O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəm”– deyə duanızı qəbul etmişdi.

Allah bunu (mələklərlə yardımı), yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən Allah, Qüdrətlidir, Hikmət sahibidir.

O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.

Bu, onların Allaha və Onun rəsuluna qarşı çıxmalarına görədir. Hər kim Allaha və Onun rəsuluna qarşı çıxarsa, (bilsin ki) Allahın əzabı şiddətlidir.

İndi dadın o əzabı! (Üstəlik) kafirlər üçün Cəhənnəm əzabı da vardır.

(Qüvvət toplayıb) yenidən döyüşə qatılmaq üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan müstəsna olmaqla, kim belə bir gündə onlara arxa çevirib (döyüşdən) qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.

Onları (kafirləri) siz öldürmədiniz, Allah öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı. Allah bunu, möminləri Öz tərəfindən gözəl bir imtahan etmək üçün etdi. Həqiqətən, Allah eşidəndir, biləndir.

Bu (qələbə) Allahdandır! Həqiqətən Allah, kafirlərin hiyləsini puç edər.

(Ey kafirlər!) Əgər (ədalətli) hökm istəyirsinizsə, artıq sizə o hökm gəlmişdir. Əgər (küfrə) son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər (yenidən küfrə) qayıtsanız, Biz də qayıdarıq (möminlərə qarşı vuruşsanız, Biz də sizi məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, (bu) sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.

Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, (Quranı və orada olan öyüd-nəsihətləri) eşitdiyiniz halda ondan üz döndərməyin.

Və eşitmədikləri halda: “Eşitdik!”– deyənlər (münafiqlər və ya yəhudilər) kimi olmayın.

Şübhəsiz ki, Allah yanında (yer üzündə) gəzən canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır.

Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, (haqqı) onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də arxa çevirib gedərdilər.

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (onun istəyinə çatmasına mane olar) və sonda siz Onun hüzuruna toplanacaqsınız.

Yadınıza salın ki, bir zaman siz, yer üzündə (Məkkədə) sayınız az, özünüz isə zəif idiniz. Kafirlərin də sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə (Mədinədə) sığınacaq verdi, sizi Öz köməyi ilə qüvvətləndirdi və sizə pak ruzilərdən (halal qənimətlərdən) verdi ki, bəlkə şükür edəsiniz.

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (Məkkədən) çıxartmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir.

Ayələrimiz onlara oxunduğu zaman (belə) deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.

O zaman onlar: “Ey Allahım! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, elə isə üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər.

Şübhəsiz ki, kafir olanlar (insanları) Allah yolundan azdırmaq üçün öz mallarını sərf edirlər. Onlar mallarını sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafirləri Cəhənnəm tərəfə sürükləyəcəklər ki,

Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, keçmişdə olanlar bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr.

Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər (küfr etməyə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görəndir.

Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar və nə gözəl Yardımçıdır!

O zaman siz vadinin (Mədinəyə) yaxın tərəfində, onlar uzaq tərəfində, (Əbu Süfyanın) karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.

O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Həqiqətən, O, qəlblərdə olanları biləndir.

(Düşmənlə) qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirsin. Bütün işlər (sonda) Allaha qayıdır.

Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allah yolundan azdıran kimsələr (Məkkə müşrikləri) kimi olmayın. Allah onların əməllərini əhatə etmişdir.

O zaman (Bədr günü) şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Mən də sizin yardımçınızam!” Lakin iki dəstə qarşı-qarşıya gəldikdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi (Cəbraili və onunla birgə olan mələkləri) görürəm. Mən Allahdan qorxuram. Həqiqətən Allahın əzabı şiddətlidir!”– demişdi.

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!”– dedilər. Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Hikmət sahibidir!

Bu (əzab), öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına əsla zülm edən deyildir”.

Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə məhv etdi. Həqiqətən Allah, Qüvvətlidir, cəzası da çox şiddətlidir.

Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları etdikləri günahlara görə məhv etdik və Firon nəslini dənizdə boğduq. Onların hamısı zalımlar idi.

Şübhəsiz ki, Allah yanında (yer üzündə yürüyən) canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.

Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də (qorxudaraq) dağıt ki, bəlkə ibrət alsınlar.

Əgər (əhd bağladığın) bir qövmün (əhdi pozacağı ilə) xəyanət etməsindən qorxsan, sən də onlara əhdi pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevməz.

Kafirlər (canlarını) əzabdan (qurtara) biləcəklərini əsla zənn etməsinlər. Çünki onlar Allahdan (qaçıb) yaxa qurtara bilməzlər.

(Ey möminlər) Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla (həm) Allahın düşmənini, (həm də) öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.

Əgər onlar (sülh bağlamaqla) səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.

Allah onların (Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, yenə də onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.

İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr. Əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir.

Peyğəmbərə yer üzündə çoxlu (sayda) kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.

Əgər Allah tərəfindən əzəldən yazılan (Bədr əhlinin bağışlandığına və ya qənimətlərin halal olmasına dair) bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı.

Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bilin ki,) onlar bundan (Bədr döyüşündən) əvvəl də Allaha xəyanət etmişdilər. Allah (möminlərə) onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən (mühacirlər) və sığınacaq verib köməklik göstərən (ənsar) – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.

İman gətirib, hicrət edən və Allah yolunda cihad edənlər və (mühacirlərə) sığınacaq verib (onlara) köməklik göstərənlər (ənsarlar) – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bol-bol ruzi vardır.